Dekan müavini Sevinc Əliyevanın redaktorluğu ilə "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" adlı I Beynəlxal qelmi-nəzəri konfransın materialları çap olunub.
Jurnalistika sahəsində çalışan alim və gənc tədqiqatçılar tərəfindən aparılan elmi-tədqiqat işlərini məqsədəuyğun istiqamətə yönəltmək, keyfiyyətini daha da yüksəltmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etmək məqsədilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində rektorun R-54 26.04.12 tarixli əmrinə əsasən, ilk dəfə olaraq "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.