Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi

Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
SOSİAL
12:05 22.07.2026
255
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının bu ildən ilk dəfə kompüter vasitəsilə keçiriləcək olması abituriyentlər arasında müzakirələrə səbəb olub. Yeni qiymətləndirmə formatı xüsusilə rayon və kənd məktəblərində təhsil alan, kompüterdən istifadə imkanları məhdud olan şagirdlərdə narahatlıq yaradıb. Onlar hesab edirlər ki, kompüter bacarıqlarının zəif olması imtahan nəticələrinə mənfi təsir göstərə bilər.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, informatika fənni şagirdlərə 1-ci sinifdən etibarən tədris olunur və bu baxımdan onların zəruri bacarıqlara malik olması gözlənilir.

Onun sözlərinə görə, abituriyentlər imtahanı DİM-in müəyyən etdiyi imtahan mərkəzlərində verəcəklər və bütün lazımi texniki təminat Mərkəz tərəfindən təmin olunacaq.

"Abituriyentlər imtahanı DİM-in müəyyən etdiyi imtahan mərkəzlərində verəcəklər və lazımi texniki təchizat DİM tərəfindən aparılacaq. Orta ümumtəhsil müəssisələrində şagirdlərə informatika fənni 1-ci sinifdən etibarən tədris olunur. Həmçinin fənn kurikulumunda şagirdlərin müəyyən bacarıqlara yiyələnməsi nəzərdə tutulur”, – deyə Xanlar Xanlarzadə bildirib.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR