Jurnalistikaya qəbul qaydalarının dəyişməsi jurnalistikamıza nə verdi?

Jurnalistikaya qəbul qaydalarının dəyişməsi jurnalistikamıza nə verdi?
Bütün Xəbərlər
15:33 13.08.2014
938

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Statistik göstəricisinə əsasən bu il Jurnalistika fakültəsində oxuyacaq 47 nəfər tələbə təhsil alacaq.

AZADİNFORM-un məlumatına görə isə, onlardan 40-ı Bakı Dövlət Universitetini seçib. Daha 2 nəfər Bakı Slavyan Universitetini, 4-ü Azərbaycan Dillər Universitetini, 1-i isə Naxçıvan Dövlət Universitetini seçib.

Onu da qeyd edək ki, bu ildən etibarən Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilib.

Qabiliyyət imtahanından məqbul alan 51 nəfərdən 47-si bu fakültəni seçib. Onlardan 6-sı rus, 41-i Azərbaycan bölməsinin tələbələridir.

Maraqlıdır ki, Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsində 1 və Bakı Slavyan Universitetində 2 tələbəyə dərsi neçə keçəcəklər? Belə çıxır ki, müəllim 1 və 2 tələbənin əyləşdiyi auditoriyaya dərs deməyə daxil olacaq.

TQDK sədri Məleykə Abbaszadə isə deyib ki, bu il jurnalistika üzrə keçid balının 351-369 olub ki, bu nəticənin olacağını proqnozlaşdırırdıq: “Jurnalistikaya qəbul qaydaları gələn il üçün təkmilləşdiriləcək və biz bunu Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq”.

M. Abbaszadə deyib ki, jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin 150-si yalnız imtahana gəldi. Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək daha yüksək yerlərə qəbul olmağı seçdilər: “Çünki onların qəbul olmaq istədikləri fakültə jurnalistika deyildi. Deməli, onların müsabiqədə yazdıqları yazıları da səmimi deyildi”.

Qəbul qaydalarının dəyişməsi qənaətbəxş sayıla bilərmi?

Gənc jurnalist Əfsələddin Ağalarov isə düşünür ki, Jurnalistika fakültəsinə qəbul qaydalarının dəyişdirilməsi əvvəlki illərə nisbətən daha məqsədəuyğundur. Bunun bir neçə səbəbi var: “Bundan əvvəlki illərdə bu fakültəyə kifayət qədər təsadüfi insanlar qəbul olurdu və onlar müəyyən müddət sonra bu sferada çalışmırdılar. Nəticədə müxtəlif mətbuat orqanlarında ixtisası qeyri-jurnalistika olan jurnalistlərin sayı çoxalırdı. Məncə jurnalistika ixtisası ilə bağlı kəmiyyətə deyil, keyfiyyətə fikir verilməlidir”.

Yeni beynəlxalq təhsil sistemindən istifadə edilməlidir

Gənc jurnalistin fikrincə, jurnalistika fakültəsində təhsil metodikası tamamilə dəyişdirilməli və yeni beynəlxalq təhsil sistemindən istifadə edilməlidir: “Mən də bu fakültənin vaxtı ilə tələbəsi olmuş biri kimi səmimi deyim ki, bu fakültədə dəyişiləsi çox şey var. İlk növbədə yeni gənc kadrlar tədris prosesinə aktiv cəlb edilməlidir. Universitetlərin jurnalistika fakültələrinin maddi-texniki bazaları yenilənməli və yeni tədris studiyaları yaradılmalıdır. Bununla yanaşı ən önəmlisi fakültələrdə gənc tələbələrin praktik bilgilərə yiyələnməsini təmin etmək üçün lazımi şəraitlər yaradılmalıdır”.

Gənc jurnalistlərin gələcəkdə peşəkarlıq səviyyəsi hazırki jurnalistlərdən daha üstün olacaq

Hazırkı gənc jurnalistlərin çox az bir hissəsinin gündəmi dəyişə biləcək jurnalistlər olduğunu deyən Ə. Ağalarov bu sayın artdığını da deyib: “Məncə gənc jurnalistlərin gələcəkdə peşəkarlıq səviyyəsi hazırkı jurnalistlərdən daha üstün olacaq. Çünki bu gün gənc jurnalistlərin özlərini inkişaf etdirməsi üçün münbit şərait var. Həm müxbir kimi, həm repartyor kimi”.

Azərbaycan oxucusu jurnalistlərdən nə istəyir?

Ə. Ağalarovun sözlərinə görə, Azərbaycan oxucusu jurnalistlərdən həqiqəti istəyir. Onlar üçün bu həqiqəti verənin yaşı önəmli deyil: “Düşünürəm ki, gənc jurnalistlər xəbərə önəm versələr daha yaxşı olar. Bizdə ise yeni jurnalistikaya başlayan gəncler hansısa müəllif yazısına üstünlük verirlər. Amma xəbər insanı daha çox peşəkarlaşdırır və əsl jurnalistə çevirir....”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
Məşhur meyxanaçı Azərbaycandan getdi
10:54 28.08.2025
Məşhur meyxanaçı Azərbaycandan getdi