Jurnalistin xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat
Bütün Xəbərlər
13:51 17.10.2014
577
Bakı şəhər Baş Polis İdarəsi bu gecə Binəqədi rayonunda baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb.İdarədən daxil olan məlumatda bildirilir ki, oktyabrın 16-sı saat 23:50-də Binəqədi rayonu, Cavadxan küçəsində 1981-ci il təvəllüdlü Rəşad Kərimovun idarə etdiyi “Grand Cerokki” və 1975-ci il təvəllüdlü Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub.Qəza nəticəsində S.Abbasova hadisə yerində ölüb. Sərnişinləri və digər sürücü isə KTM-ə yerləşdirilib.Qeyd edək ki, yaralılar arasında tanınmış yazıçı-publisist Pərviz Cəbrayılın qardaşı Nahid Cəbrayıl da var.