Jurnalistlərdən Abel Məhərrəmova "Xüsusi rəğbət"

Jurnalistlərdən Abel Məhərrəmova "Xüsusi rəğbət"
GƏNCLİK
07:46 12.07.2011
2084
Mükafatın hər il Milli Mətbuat Günü ərəfəsində Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnoligiyaların tətbiqində, müxtəlif sosial qrupların maraqlarının müdafiə edilməsində və layiqincə təmsil edilməsində, ölkənin müstəqilliyinin möhkəmlənməsində və tanıdılmasında ciddi rolu olan, bütün bunlarla yanaşı, kütləvi informasiya vasitələri ilə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə verilməsi nəzərdə tutulur. 

Qalibin müəyyən edilməsi üçün Modern.az və Sosial İnformasiya Agentliyinə məxsus Axar.az portallarında oxucular, habelə, parlamentə akkreditasiya olunmuş müxbirlər və sosial mövzularda yazan jurnalistlər anketləşdirmə yolu ilə namizədlər irəli sürüblər. İrəli sürülən namizədlər arasından adı ən çox hallanan üç nəfər Münsiflər Heyətinə təqdim edilib. 9 nəfərlik Münsiflər Heyətində tanınmış ictimai və siyasi xadimlər, alimlər, jurnalistlər təmsil olunur.


Bu gün Münsiflər Heyəti seçimlərinə təqdim olunan namizədlər arasından medianin «Xüsusi Rəğbət» mükafatının qalibini müəyyən edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Akedemiyasının akademiki, tanınmış kimyaçı alim, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov medianın «Xüsusi Rəğbət» mükafatının ilk qalibi olub.

Münsiflər Heyəti bu qərara gələrkən Abel Məhərrəmovu

- Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə;

- Rektor kimi tələbələrin hüquqlarının müdafiəsində və şəraitlərinin yaxşılaşdırılması yönündə ciddi fəaliyyətinə;

- Respublikanın ali məktəblərində innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə;


- Milli Məclisdə elm və təhsil işçilərinin sosial məsələləri müzakirə edilərkən nümayiş etdirdiyi mövqeyə;


- Azərbaycan ziyalılarının beynəlxalq imicinin möhkəmlənməsindəki roluna görə;

- Kütləvi informasiya vasitələri ilə effektiv əlaqələrinə görə fərqləndirib.


Mükafat qalibə 12 iyul 2011-ci ildə, saat 12.00-da Park İnn otelinin “Dan ulduzu” salonunda keçiriləcək mərasimdə təqdim ediləcək. Abel Məhərrəmovun ömür yolundan bəhs edən 10 dəqiqəlik filmin də nümayiş etdiriləcəyi mərasimdə rəsmi şəxslər, tanınmış elm xadimləri və jurnalistlər iştirak edəcək.

Abel Məhərrəmov- 1950-ci il yanvarın 5-də anadan olub.

Orta məktəbi medalla bitirdikdən sonra, 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb.

1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

Azərbaycanda və xaricdə nəşr olunmuş 1000-dən çox elmi əsərin müəllifidir. Bura 48 patent, 14 monoqrafiya, 41 dərslik və dərs vəsaiti, 900-dən artıq məqalə və tezisç o cümlədən Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Kiçik kimya ensiklopediyası” daxildir. Rəhbərliyi altında 34 kimya elmləri doktoru və namizədi hazırlanmışdır. Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

Tanınmış alim kimi elmi nəticələrinə və təhsil quruculuğuna görə Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala, Beynəlxalq EKO mükafatına, Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüş, Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü və s. seçilmişdir.

Abel Məhərrəmov 1999-cu il yanvarın 11-dən Bakı Dövlət Universitetinin rektorudur.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü ( akademik ) seçilib.

2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuş, 2004-cü ildən isə vitse-prezidentidir.

2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım