Jurnalistlər üçün tikilən bina – FOTOLAR

Jurnalistlər üçün tikilən bina – FOTOLAR
Bütün Xəbərlər
15:48 14.12.2012
1927

Jurnalistlər üçün Bakıda tikilən 16 mərtəbəli yaşayış binasında işin növbəti mərhələsi start götürüb.

Binadakı hörgü işləri tamamilə yekunlaşıb və bütün otaqlara yeni pəncərələr salınıb. Bu günlərdə isə binadakı mənzillərin daxili təmirinə başlanılıb, yəni otaqlar suvanır, arakəsmələr tamamlanır. Eyni zamanda binanın fasadlanması da həyata keçirilir. Binanın yayadək tam hazır olacağı gözlənilir.Xatırladaq ki, Bibiheybətdə, 20-ci Sahə adlanan ərazidə tikilən bina 16 mərtəbəli və 146 mənzillidir. Tikilinin 2013-cü il, iyulun 22-də, Milli Mətbuat Günü istifadəyə verilməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR