Mətbuat Şurasının (MŞ) 9 oktyabr prezident seçkisini izləyən monitorinq qrupunun üzvləri media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar.Azərbaycan Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, bu gün saat 16:00-dək MŞ-nin "Qaynar xətt"inə prosesi işıqlandıran bir jurnalist - "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Cəsur Məmmədov müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra yaranmış anlaşılmazlıq aradan qaldırılıb.