Əsər müyyən bir dövrü ifadə etmir, insanı göstərir. İnsan nə vaxt doğulmuşdur, fərqi yox, doğulmuş və doğulacaq insanın anlayışı, keçmiş və müasir dünya elementləri ilə mayalanmış beyin rüşeyimləri bədii əsərin tədqiqat obyektidir. Bu insan sevgidən də keçir, müharibədən də. Bu insan Şərq və Qərb sivilzasiyalarının qarşıdurmasından və həm də birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orjinal şəkillərlə ifadə edir. Əsərdə həyatın və cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı və daşıyıcısı və həm də bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir. ”
Qeyd edək ki, “Çöl” romanını şəhərin kitab mağazalarından (əsasən Əli və Nino) əldə edə bilərsiniz.