"KamAz" şoferi Qurbandan sonra 100 qoyunu tələf etdi
Bütün Xəbərlər
22:06 08.11.2011
2237
Füzuli rayonunda “KamAZ” markalı yük maşını qəza törədib. Rayon sakinləri APA-ya bildiriblər ki, rayonun Qaraxanbəyli kənd sakini Qafar Hüseynovun idarə etdiyi “KamAZ” markalı yük maşını Divanalılar kənd sakini Nuru Nuriyevin otardığı qoyun sürüsünü vurub. Nəticədə 80 baş qoyun, 20 baş keçi tələf olub. Daşla yüklü olan maşınının əyləc sistemi işləmədiyindən sürücü sürətlə hərəkət edən “KamAZ”ı saxlaya bilməyib.