Kamilo Duranın dublu "Beşiktaş"a Avropa Liqasında ilk məğlubiyyəti gətirdi

Kamilo Duranın dublu "Beşiktaş"a Avropa Liqasında ilk məğlubiyyəti gətirdi
İDMAN
05:33 06.11.2026
74
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Türkiyənin "Beşiktaş" klubu səfərdə Şotlandiya təmsilçisi "Seltik"ə 3:2 hesabı ilə məğlub olub.

"Beşiktaş"ın heyətində Olaitan 54-cü, Orkun Kökçü isə 86-cı dəqiqədə fərqləniblər.

"Seltik"in qələbəsini Osmandın 62-ci dəqiqədə vurduğu qol və Kamilo Duranın 78-ci və 87-ci dəqiqələrdəki dublu təmin edib.

Bu nəticədən sonra "Beşiktaş" Avropa Liqasında ilk məğlubiyyətini alaraq 7 xalda qalıb. Şotlandiya klubu isə turnirdə ilk qələbəsini qazanıb və xallarının sayını 3-ə çatdırıb.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR