Kamran Əliyev və İstanbulun Baş prokuroru Füzuli və Şuşaya səfər etdi

Kamran Əliyev və İstanbulun Baş prokuroru Füzuli və Şuşaya səfər etdi
SİYASƏT
11:55 25.11.2021
457
Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər.

Qonaqlar öncə İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə tanış olub, türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyətini qeyd ediblər.

Daha sonra nümayəndə heyəti "Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılan şərait barədə geniş məlumat verilmişdir.

Qonaqlar həmçinin Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olmuş, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin "Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə çatdırılmışdır.

İşğala qədər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqları, salamat tikili saxlamadıqları qeyd edilmişdir.
Qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olmuşlar.

Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etmişdir.

Qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş mədəniyyət beşiyimiz Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir.

Bildirilib ki, müstəsna mənəvi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi qayğı və həssaslıqla yanaşılmış, qısa zaman kəsiyində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində işlər aparılmışdır.

Qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan görkəmli sənət xadimləri – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət etmişlər.

Daha sonra qonaqlar iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olmuşlar.

Cıdır düzünü ziyarət edən qonaqlara heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

Nümayəndə heyəti sonra bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət etmişlər.

Qonaqlar qısa vaxtda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulamışlar.

İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
11:47 09.10.2026
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
11:46 09.10.2026
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
Göz yorğunluğunu azaltmağın QAYDASI
11:43 09.10.2026
Göz yorğunluğunu azaltmağın QAYDASI
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
11:36 09.10.2026
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
11:23 09.10.2026
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”