Kanadada Mübariz İbrahimov haqqında məlumat lövhəsi qoyuldu

Kanadada Mübariz İbrahimov haqqında məlumat lövhəsi qoyuldu
Bütün Xəbərlər
09:15 09.06.2014
1043
Kanadadakı Azərbaycan icmasının təşəbbüsü ilə Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilib.Kanadadakı səfirliyimizdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan icmasının üzvi Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban getmiş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və onun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR