Kanadanın Baş naziri Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Türkiyəyə səfər edəcək
DÜNYA
23:46 06.10.2026
209
Kanadanın Baş naziri Mark Karni oktyabrın 21-dən 23-dək Türkiyədə səfərdə olacaq.

Bu barədə "Reuters" baş nazirin ofisinə istinadən məlumat yayıb.

Bəyanatda deyilir ki, Karni energetika, dağ-mədən sənayesi, iqlim, müdafiə və təhlükəsizlik kimi sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını müzakirə etmək üçün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd olunur ki, Baş nazir İstanbulda türk biznes liderləri və investorları ilə görüşəcək və onlara Kanadanın iqtisadi, investisiya potensialını təqdim edəcək.

Xatırladaq ki, Karni və Ərdoğan iyulda keçirilən NATO liderlərinin sammitində azad ticarət sazişi üzrə danışıqlara rəsmən başlayıblar. Türkiyə 10 təsisçi ölkədən biri kimi Kanadanın Müdafiə Təhlükəsizliyi və Dayanıqlılıq Bankına qoşulmağa razılaşıb.
 
///report///

OXŞAR XƏBƏRLƏR