Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü

Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
İQTİSADİYYAT
16:55 14.08.2025
1057

Ölkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, "İş dünyasının Oskarı” kimi dəyərləndirilən "Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb.

2002-ci ildən etibarən keçirilən "Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq Biznes Mükafatları ("International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb.

İnnovativ texnologiyaların tətbiqi və  müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank "İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı "Gold Stevie Winner”, "İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, "İlin müştəri xidməti departamenti”, "Müştəri xidmətləri üzrə həllər” və "Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə "Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.

Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini bölüşüb: "Kapital Bank olaraq, müştərilərimizin etimadını qazanmaq və onlara ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək bizim üçün ən prioritet məsələdir. "Stevie Awards” kimi nüfuzlu mükafat isə komandamızın peşəkarlığının, işinə bağlılığının və müştəri məmnuniyyətini ön planda tutmağının nəticəsidir. Biz hər zaman innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına cavab verməyə çalışırıq. Bu kimi beynəlxalq uğurlar göstərdiyimiz səylərin doğru yöndə olduğunu təsdiqləyir. Əminəm ki, bu mükafatlar müştəri xidmətləri sahəsindəki liderliyimizi daha da gücləndirmək və daha böyük uğurlar üçün komandamıza ilham olacaq” .

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”