Kapital Bank “BirCode Camp” təcrübə proqramına başlayıb

Kapital Bank “BirCode Camp” təcrübə proqramına başlayıb
İQTİSADİYYAT
10:22 06.11.2020
730
Son illər ölkənin bank sektoru rəqəmsallaşmaya, informasiya texnologiyaları sahəsinin inkişafına böyük önəm verir. Artıq bir sıra bank əməliyyatları onlayn qaydada, bankın filiallarına gəlmədən həyata keçirilir. Təbii ki, müasir tendensiyalardan ölkənin birinci bankı olan Kapital Bank da geridə qalmır. Bunun üçün də Kapital Bank-da artıq bir neçə ildir ki, IT üzrə müxtəlif təcrübə proqramları keçirilir və gənc mütəxəssislərin yetişdirilməsi üçün çox böyük işlər görülür.

Bir müddətdir ki, Kapital Bank informasiya texnologiya sahəsi ilə maraqlanan gənclər üçün "BirCode Camp” təcrübə proqramına qeydiyyatı açıq elan edib. 738 nəfər müraciət edən arasından 137 nəfərlə görüşlər keçirilib və onlardan yalnız 27 nəfər layihədə iştiraka uyğun görülüb. 2 noyabr 2020-ci il tarixində, İnsan Kapitalı Akademiyasında layihənin açılışı baş tutdu və "BirCode Camp” təcrübə proqramında iştirak etmək üçün seçilən potensiallı gənc İT mütəxəssislər layihənin təqdimatında iştirak edib, layihə haqda ətraflı məlumatlar əldə etdilər.

Təqdimat zamanı Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova iştirak edirdi. Layihə çərçivəsində iştirakçılar, əməkdaşlarımızın mentorluğu ilə Front-end, Back-end, IOS və Android development sahələri üzrə bilik və təcrübə əldə edəcəklər. Bu müddət ərzində onlar həmçinin, Agile metodologiya ilə yaxından tanış olacaqlar.

"Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank son illər ərzində əsasən IT sahəsinin inkişafına, bu sahəyə daha çox gəncin cəlb edilməsinə böyük diqqət ayırır. Biz həm ali məktəblərdən, həm də müxtəlif saytlarda, sosial şəbəkələrdə verdiyimiz elanlar əsasında müraciətləri araşdırıb, ən yaxşılarını təcrübə proqramlarına cəlb edirik. Əminəm ki, "BirCode Camp” layihəsi də gənclərimiz üçün uğurlu və gələcək karyeralarının qurulmasında faydalı olacaq”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Quam adasında respublikaçıların qələbə qazandığını açıqlayıb
23:47 03.11.2026
Tramp Quam adasında respublikaçıların qələbə qazandığını açıqlayıb
Trampın planı reallaşa bilər – Saziş təsdiqləndi
23:33 03.11.2026
Trampın planı reallaşa bilər – Saziş təsdiqləndi
İlyas Yalçıntaş sərbəst buraxıldı
23:24 03.11.2026
İlyas Yalçıntaş sərbəst buraxıldı
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
23:15 03.11.2026
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:05 03.11.2026
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
22:56 03.11.2026
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu