Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi

Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
İQTİSADİYYAT
13:42 14.05.2025
1180

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir.

AZXEBER.COM xəbər verir ki, bu dəfə bank daxilində dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə ötən həftə baş tutub.

İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq edilən ən son yeniliklərlə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.

"CX day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün təşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri müştəri təcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması və inkişafında müştəri təcrübəsinin rolu mövzusunda öz biliklərini tələbələrlə paylaşıblar. Həmçinin, bu istiqamətdə karyera qurmaq şəxsi inkişaf strategiyası da onlara təqdim edilib.

Bank gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onların karyera yolunda daha da irəliləmələrinə yardım etməyi və peşəkar inkişaflarına dəstək olmağı hədəfləyir. Qeyd edək ki, layihələr davamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədən faydalana biləcəklər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video