Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı

Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı
İQTİSADİYYAT
16:35 21.06.2025
787

18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, ictimai birliklərin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə ölkə əhəmiyyətli bu layihədə tərəfdaş olmaqdan qürur duyduğunu bildirib: "Artıq 6 ildir ki, bank olaraq bu layihədə Marsol ilə bir yolda addımlayırıq. Biz bunu tərəfdaşlıqdan daha çox, ölkəmizdə sahibkarlığın inkişafına xidmət edən dostluq missiyası kimi görürük. Hamımız bilirik ki, uğur heç vaxt təkbaşına mümkün olmur. Bir ideyanın böyüyüb güclü biznesə çevrilməsi üçün cəsarətli addımlarla bərabər münbit şərait olmalıdır. Məhz bu şəraitin formalaşmasında dövlətimizin rolu əvəzsizdir. Biz də bu siyasətə dəstək olmaq üçün fokusumuzu sahibkarlara zaman qazandıracaq, müasir dövrün tələbi olan rəqəmsal həllərə yönəltmişik. Bu məqsədlə yaratdığımız Birbank Biznes platforması bu gün sadəcə bir mobil tətbiqi deyil, həm də sakibkarların etibarlı rəqəmsal köməkçisidir. Hazırda 27 mindən çox hüquqi şəxs və 115 mindən çox fərdi sahibkar gündəlik maliyyə əməliyyatlarını bizə etibar edir. Bu rəqəmlərin arxasında dayanan etimad bizim üçün ən böyük dəyərdir”.

Qeyd edək ki, 30 000-ə yaxın ziyarətçinin qatıldığı sərgidə 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün KOBİA tərəfindən xüsusi şərait yaradılıb. Belə ki, sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya kimi sahələrdə fəaliyyət göstərən həmin mikro və kiçik sahibkarlıq subyektləri sərgidə ödənişsiz olaraq iştirak ediblər.

Layihənin həyata keçirilməsində məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir.

Bakı Ekspo Mərkəzində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group”un birgə təşkilatçılığı, həmçinin Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) oldu tərəfdaşlığı ilə baş tutub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi