Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İQTİSADİYYAT
16:41 04.11.2026
234
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. 

AZXEBER.COM xəbər verir ki, yeni konseptin üstünlüyü filialda bir çox xidmətin tamamilə rəqəmsallaşmasıdır. Həmçinin, filialda fəaliyyət göstərən Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr kimi bir çox onlayn xidməti rahatlıqla icra edə bilərlər. Eləcə də ölkənin bankçılıq tarixində ilk dəfə olaraq burada müştərilər QR kod vasitəsilə onlayn növbə götürə biləcəklər. 

Açılış mərasimində çıxış edən Bir ekosisteminin rəhbəri, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni formatda ilk filialın Gəncədə  fəaliyyət göstərməsinin təsadüfi olmadığını bildirib. "Ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankı olaraq, hər zaman çalışırıq ki, müasir rəqəmsal həlləri insanlarımız üçün daha da sadələşdirək. Paytaxtda yaratdığımız innovativ mühit və rəqəmsal imkanlar ölkəmizin bütün regionlarında hər kəs üçün eyni səviyyədə əlçatan olsun.Rəqəmsallığın sürətini insan ünsiyyətinin istiliyi ilə bir araya gətirdiyimiz bu yeni ofisimizdə istəyirik ki, müştərilərimiz texnologiyadan rahat istifadə edərkən əməkdaşlarımızın səmimi qayğısını və fərdi yanaşmasını hər an hiss etsinlər”.

Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri və müştərilər iştirak ediblər.

Yeni konsepsiya əsasında təqdim edilən Gəncə filialı həftə içi hər gün saat 9:00-dan 18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə xidmət göstərəcək. Filialda müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Qeyd edək ki, Kapital Bank 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR