Karantin qaydalarına əməl edilməsə, daha sərt tədbirlər görüləcək - Ərdoğan

Karantin qaydalarına əməl edilməsə, daha sərt tədbirlər görüləcək - Ərdoğan
DÜNYA
19:21 05.05.2020
1219

Türkiyə koronavirusla bağlı böhrandan çıxmaq üzrədir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisədə Türkiyə bu məsələdə daha uğurlu addımlar atıb:

"Ölkə ən qısa müddətdə pandemiyadan dəyən ziyanı aradan qaldırmalı və iqtisadi sahədə irəliyə doğru yeni addımlar atmalıdır. Türkiyənin pandemiya ilə mübarizədə nailiyyətləri ölkənin regionda və beynəlxalq arenada yeni uğurlarının rəhni olacaq”.

Ərdoğan eyni zamanda bildirib ki, karantin qaydalarına əməl edilməsə, daha sərt tədbirlər həyata keçiriləcək.

 

teleqraf.com 

OXŞAR XƏBƏRLƏR