Kardioloq ürək üçün ən faydalı tərəvəzi açıqladı

Kardioloq ürək üçün ən faydalı tərəvəzi açıqladı
SOSİAL
01:10 02.09.2026
646
Kardioloq Françesko Lo Monaco çuğundurun ürək-damar sistemi üçün faydalı təsirləri ola biləcəyini bildirib.

Mütəxəssis bu barədə "HuffPost”a danışıb.

"Çuğundur kifayət qədər qiymətləndirilməyən məhsullardan biridir və ürək-damar sisteminə təəccüblü təsir göstərə bilər.

Bu tərəvəzin tərkibindəki nitratlar orqanizmdə azot oksidinə çevrilir. Azot oksidi damarların boşalmasına və genişlənməsinə kömək edir. Bu isə qan dövranının yaxşılaşmasına, arterial təzyiqin azalmasına və damarların elastikliyinin qorunmasına müsbət təsir göstərə bilər”, – deyə həkim bildirib.

Lo Monaco çuğundurun digər üstünlüyünün qan təchizatının pozulmasından sonra ürək əzələsinin fəaliyyətinin yaxşılaşmasına kömək edə bilməsi olduğunu qeyd edib.

"Bu, sadə görünən, lakin ürək-damar sisteminə təəccüblü təsir göstərə bilən məhsullardan biridir”, – deyə kardioloq vurğulayıb.

Bununla belə, mütəxəssis çuğundurun dərmanları əvəz etmədiyini və təkbaşına ürək xəstəliklərindən qorunmadığını diqqətə çatdırıb.

Ürək sağlamlığını qorumaq üçün ümumilikdə balanslı qidalanma və tərəvəzlərlə meyvələrin müntəzəm qəbulunu tövsiyə edən Lo Monaco faydalı nitratların yarpaqlı göyərtilərdə, kərəvizdə, bananda və çiyələkdə də olduğunu bildirib.

/Demokrat.az
OXŞAR XƏBƏRLƏR