Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
İQTİSADİYYAT
17:43 05.08.2026
216

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.

AZXEBER.COM Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə müvafiq qərar imzalayıb.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.

Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən ediləcək və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.

Qeyd edək ki, burada əsas dəyişiklik elektron pul köçürmələrinin məbləğinin artırılması deyil, həmin həddin hesablanma qaydasının dəyişdirilməsidir. Belə ki, əvvəlki qərarda da minimum məbləğ 20 min manat idi. Yeni qərarla bu hədd bir təqvim ili üzrə müəyyən edilir və müştərinin həmin il ərzində həyata keçirdiyi hər növbəti elektron pul köçürməsi əməliyyatına münasibətdə tətbiq olunacaq.

Həmçinin, öhdəlik daşıyan şəxslər bu qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il dekabrın 31-dək təqdim edilməsini təmin etməlidirlər.

Məlumat üçün bildirək ki, aprelin 21-də imzalanan qərar oktyabr 1-dən qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı