Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz

Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
İQTİSADİYYAT
11:06 20.10.2025
733

Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artmaqdadır. Araşdırmalar göstərir ki, bu növ dələduzluq adətən sosial təminatı aşağı, məlumatsız və ya yaşlı insanların başlarına gəlir. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.

Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər? 

Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.

Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.

Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq çox vacibdir.

Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.

Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi nəzarətdə saxlayın. Şübhəli əməliyyat gördüyünüz halda dərhal müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.

Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.

Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların da diqqətli olmaları şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir