AZXEBER.COM-un APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.
***
Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın binanın aşağı hissəsində yerləşən“Garda”və“Ustop”mağazalarında başlayıb və 4-cü mərtəbəyədək yüksəlib. Hazırda ərazidə 7 yanğınsöndürən maşın və canlı briqada alovları ram etməyə çalışır.
***
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlama verib.
APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, nazir müavini bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.