Xəbər verdiyimiz kimi, 3 mikrarayon ərazisində kabel televiziyasının göstərməməsi ilə AZXEBER.COM-a həmin ərazidə yaşayan sakinlərin şikayətləri daxil olmuşdu.
Belə ki, artıq 2 gündür ki, sözügedən ərazidə kabel televiziyasının yayımında bəzi məhdudiyyətlər meydana çıxıb.
KATV1-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, buna səbəb bəzi qurumların apardıqları qazıntı işləridir:
“Paytaxtda aparılan tikinti işləri ilə əlaqədar KATV1 kabel televiziya operatoruna məxsus bəzi telekommunikasiya xəttləri zədələnmişdir. Buna görə bizdən asılı olmayan səbəblərdən mikrorayonlarda yayım zamanı dayanmalar baş verə bilər. Baş vermiş nazaslığın aradan qaldırılması üçün işlər aparılır. Hadisə yerində KATV 1 kabel operatorunun bərpa briqadaları işləyirlər. Tezliklə abunəçiləri keyfiyyətli yayımla təmin olunacaqlar. Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.