3 mikrarayon ərazisində kabel televiziyasına baxmaq müşkül məsələyə çevrilib.
AZXEBER.COM-un məlumatına görə, bunu həmin ərazidə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə, dəfələrlə “127” nömrəsinə zəng etsələr də telefonları götürən olmayıb.
Onlar bu halın artıq 2 gündür ki, davam etdiyini söyləyirlər.
AZXEBER.COM portalı olaraq şirkətin əlaqə telefonuna zəng etsək də telefonlarımıza cavab verən olmadı.