Kazbek Tuayev: “Futbolçu kartof kimi yetişmir” - MÜSAHİBƏ

Kazbek Tuayev: “Futbolçu kartof kimi yetişmir” - MÜSAHİBƏ
İDMAN
11:15 02.03.2011
2270
- Martın 4-də AFFA-nın İcraiyyə Komitəsi, ardından növbəti Konfrans keçiriləcək. Bu 2 mühüm toplantıdan nə gözləyirsiniz?

- Artıq həmin toplantıların gündəlikləri açıqlanıb. Hansı məsələlərin müzakirə olunacağı mətbuatda da göstərilib. Planlaşdırılan müvafiq məsələlərə baxılacaq, təyinatlar təsdiqlənəcək. Burda yeni bir şey yoxdur. Konfransda ötən ilin hesabatı olacaq və yeni büdcə təsdiqlənəcək. Bu, adi gözlənilən, planlı məsələlərdir, vəssalam. 

- İcraiyyə Komitəsinin iclasının gündəliyində “digər məsələlər” bölümü var və bu, həmişə diqqət mərkəzində olur...
- “Digər məsələlər” hər şey ola bilər. Bunu heç kim bilə bilməz. Mən də bilmirəm ki, nə olacaq. İclası zamanı bizdə “digər məsələlər” kimi nəyin müzakirə olunacağı deyiləcək.

- Sizin bununla bağlı hansısa təklifiniz var?
- Yoxdur.

- Legioner limiti ilə bağlı hansısa qərarın çıxarılacağını gözləmək olar?
- Bilmirəm.

- Bəs limitlə bağlı təklifiniz yoxdurmu? İndiki “8+3” sizi qane edir?
- Əzizim, mənim fikrim ayrı, həll olunacaq məsələ ayrı. Bunlar fərqli şeylərdir.

- Hər halda, limitlə bağlı fikirlərinizi öyrənmək maraqlıdır...
- Qoy, bu toplantılar qurtarsın, sonra səninlə oturub bütün məsələlər barədə söhbətləşərik. İndidən durub nə danışasan, nə ehtimal edəsən? Hələ heç nə məlum deyilsə, bunu niyə indidən qaldıraq?

- Gəlin elə təsəvvür edək ki, nə İcraiyyə Komitəsi, nə də Konfrans var. Sizdən sadəcə, limit dəyişikliyinin vacib olub-olmamağı ilə bağlı fikirlərinizi öyrənmək istəyirik.
- Necə varsa, elə də qalsın. Kim başqa cür istəyirsə, bu, onların işidir. Hərənin öz fikri var. Biri belə istəyir, başqası ayrı cür. Gərək, optimalı seçəsən. Mənim öz fikrim var və bunu heç kimə demək istəmirəm. Şəxsən sizə də böyük hörmətim var, ancaq incimə, sənə də deməyəcəyəm.

- Fikirlərinizi niyə açıqlamaq istəmirsiniz?
- Əgər limit məsələsi qaldırılacaqsa, mən mütləq fikrimi deyəcəyəm.

- Bilirik ki, siz daha çox yerli futbolçuların oynamasında, yəni limitin azaldılmasında maraqlısınız...
- Bəli, mən öz futbolçularımızın oynamasını istəyirəm. Ancaq elə olmasın ki, 15 min qiyməti olan oyunçuya limitə görə ildə 200-300 min ödəsinlər. Mən buna qarşı çıxıram. Axı əvvəllər belə şeylər olmuşdu.

- Doğrudur. Legioner limiti “3+2” olanda belə idi...
- Belə qərarların əleyhinəyəm. Həmişə düşünülmüş, ölçülüb-biçilmiş qərarların lehinəyəm.

- Sizcə, limit məsələsində optimal variant hansıdır?
- Yenə deyirəm ki, mənim öz fikrim var. Ancaq bunu İcraiyyə Komitəsində açıqlayacağam. Təbii ki, əgər bu məsələ qaldırılarsa.

- Çempionatımız, milli komandamız, bir sözlə, futbolumuzun indiki vəziyyəti haqda nə deyə bilərsiniz?
- Necə vardısa, elədir. Müəyyən irəliləyiş var. Həmişə fikrim belə olub ki, futbolumuzun daha yaxşı olması üçün bizə yerli mütəxəssislər lazımdır. AFFA-nın uşaq futbolunun inkişafı ilə bağlı siyasətini alqışlayıram. Bunu ona görə deyirəm ki, uşaq futbolunu bəlkə də hamıdan yaxşı bilirəm. Bunu Azərbaycanda məndən yaxşı heç kim bilmir. Çünki 25 ildir futbol məktəbinin direktoruyam və bütün incəlikləri əzbərdən bilirəm. Bizim rəhbərliyin – AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədovun uşaq futbolunun inkişafı üçün gördükləri faydalı işləri yaxşı bilərək, onları dəstəkləyirəm. Çünki uşaq futbolumuz dirçəlir. Əvvəllər danışırdılar, ancaq heç nə etmirdilər. İndi axır ki futbolumuz sıfırdan qalxdı və bu, mənim üçün çox xoşdur.

- Gələcəyə nikbin baxırsınız?
- Əlbəttə. Bilirəm ki, bizdə mütləq yaxşı futbol olacaq. Çünki indi uşaq futbolunda bunun təməli qoyulur. Ancaq futbolumuzun yaxşı səviyyəyə çatması üçün vaxt lazımdır. Bilirsiniz, futbolçular kartof kimi yetişmirlər. Macarıstanı sizə misal göstərim. Onların hər cür infrastrukturu, stadionları, meydançaları var, uşaqlar üçün hər şey edilib. Ancaq orda futbol zəifdir. Ona görə də inkişaf üçün mütləq vaxt lazımdır.

- Çox gözləmək lazımdır?
- Tələsmək lazım deyil. Yaxşı futbolumuz mütləq olacaq, çünki bunun əsası qoyulub. Əsas məsələ də budur.

- Gözləməyə hazırıq, sadəcə, nəticəni görək...
- Mən buna inanıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir