Mərasimdə xüsusi dəvət edilmiş keşiş də iştirak edib.Nikah zamanı Arçi adlı pudel və Edit adlı çixuaxua ilə toy-spanielin qarışığı olan iki itə "toy paltarları" geyindirilmişdi.Hərəsinin 12 yaşı olan Arçi ilə Edit Nyu-Yorkdakı it sığınacaqlarından birində saxlanırlar. Onlar əvvəllər yaşlı şəhər sakininə məxsus olsalar da, həmin adam qocalar evinə yollanandan sona sahibsiz qalıblar.
2010-cu ilin sonlarında Editi bir qadın sığınacaqdan oğurlamışdı.Bundan sonra Arçi depressiyaya düşüb."O yemir, yatmır, oynamaq istəmirdi. Arçiyə baxanda adamın ürəyi ağrıyırdı", - sığınacağın əməkdaşlarından biri söyləyib.Oğurlanmış Edit tapılıb qaytarılandan sonra onlar Arçi "sevgilisi"ndən ayrılmayıb.
// milli.az