Keçmiş MTN işçisinin Bakıda güllələnməsinə dair - Yeni təfərrüatlar

Keçmiş MTN işçisinin Bakıda güllələnməsinə dair - Yeni təfərrüatlar
SOSİAL
21:00 26.12.2018
5267
Ötən həftə, dekabrın 20-də Bakının Xətai rayonunda, Sadıqcan küçəsində yerləşən çoxmərtəbəli yeni yaşayış binalarından birinin həyətində avtomobilində güllələnən biznesmen, ləğv edilmiş MTN-nin keçmiş əməkdaşı Fariz Vahabov barəsində yeni təfərrüatlar üzə çıxıb.

Vahabovun fəaliyyətinin nə onun keçmişdəki xidməti fəaliyyəti, nə biznesi ilə bağlı olmadığı haqda deyilənlər təsdiqlənir. Onun qadın məsələsinə görə öldürüldüyü əsas versiya kimi araşdırılır və üstəlik Vahabovun seksual manyak olduğu haqda da danışılır.

Ötən gün hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər vermişdik ki, 45 yaşlı (yaxud bəzi mənbələrə görə 48 yaşlı) Vahabovun güllələnməsinin qadın məsələsi ilə əlaqəli olduğu barədə əsas versiya istintaqda araşdırılır. Və artıq bu işlə bağlı bir nəfər saxlanılıb.

Keçmiş MTN işçisinin Bakıda güllələnməsinə dair yeni təfərrüatlar üzə çıxdı

Bu səs-küylü qətllə bağlı yeni məlumatlara görə Vahabovu "Hyundai” markalı avtomobilində güllələyən şəxs yaxınlıqdakı videomüşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirildiyinə görə saat 19.26-da Vahabov maşınını həyətdə park edib, bu zaman naməlum şəxs qaçaraq yaxınlaşıb və ona bir neçə dəfə atəş açıb. Güllələrdən ikisi keçmiş MTN əməkdaşının sifətinə və sinəsinə dəyib. O, yerindəcə ölüb.

İş üzrə istintaqı Bakı şəhər Prokurorluğu aparır. İstintaq orqanları ilkin olaraq qətlin biznes maraqlarının toqquşması üstündə törədilməsi versiyasını araşdırıblar. Amma bu versiya özünü doğrultmayıb, Vahabovla bağlı əlavə araşdırmalar qətlin qadın məsələsi üstündə baş verdiyinə dair versiyanı önə çıxarıb.

O da məlum olub ki, Vahabov hərbi əks-kəşfiyyatın əməkdaşı olub, Eldar Mahmudovun dövründə MTN-də işləsə də onun qruplaşmasında yer almayıb. "Səhhətinə görə” xüsusi xidmət orqanlarından azad edilib.

Naməlum şəxs Vahabova "Makarov” tapançasından atəş açıb. Amma təhqiqatçılar onun peşəkar killer olduğunu güman etmirlər. Atəş yaxın məsafədən açılıb və bu məsafədən hədəfi başından vurmamaq mümkün deyildi. Həmin şəxsin görüntülərini yaxınlıqdakı bir neçə videomüşahidə kameraları qeydə alıb, bildirilir ki, söhbət orta yaşlı şəxsdən gedir.

Yerli saytlardan biri isə (teleqraf.com) Vahabov barədə daha sensasiyalı iddialara yer verir. Bildirilir ki, bu şəxs seksual manyak olub və yaşadığı ərazidə qadınları şantaj etməsi ilə tanınıb.Məlumata görə, Fariz Vahabov yaşadığı binanın qadınlarını videoya çəkib, onları şantaj edib. Hətta onun öz həyat yoldaşının da intim videosunu çəkdiyi və həmin videonu digər şəxslərə göndərdiyi bildirilir.

Bundan başqa, Fariz Vahabovun qadınları şantaj etməklə onlarla intim əlaqədə olması barədə iddialar var. İstintaq  hadisənin baş verdiyi ərazidə olan şəxslərin ifadəsi alınıb. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olduğunu təsdiqlədikləri bildirilir.
 
///Virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
15:29 10.07.2026
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”