Keçmiş müstəntiq İnterpol-a verilib

Keçmiş müstəntiq İnterpol-a verilib
Bütün Xəbərlər
16:58 12.02.2014
763

Azərbaycanda özgəsinin əmlakını mənimsəməkdə təqsirləndirilən sabiq prokurorluq işçisi barəsində axtarış elan edilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.A.Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.Qeyd edək ki, A.Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR