Keçmiş birinci ledi həyat yoldaşı və oğullarının azadlığa çıxması üçün dəstək istəyib
AZXEBER.COM-un məlumatına görə, Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarək İngiltərə hökumətindən keçmiş prezidentin həbsdən azad edilməsi, oğulları Ala və Camalın isə ədalətli şəkildə mühakimə olunması üçün yardım tələb edib.
Misirdə yayımlanan bir dərginin iddiasına görə, Suzan Mübarək İngiltərə hökumətinə 3 məktub göndərib. O, oğlu Camal və Alanın həbsxanada depressiya keçirdiyini və həbsxana şəraitindən şikayət etdiyini bildirib.
Qeyd edək ki, Suzan Mübarək hələ İngiltərə vətəndaşıdır və anası ingilisdir.