Keçmiş sevgilisindən halallıq istəyibmiş... - Həbs edilən prodüser Təranə ilə bağlı şok fakt

Keçmiş sevgilisindən halallıq istəyibmiş... - Həbs edilən prodüser Təranə ilə bağlı şok fakt
MAQAZİN
14:38 31.10.2018
7512
İki qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilən tanınmış prodüser Təranə Səmədovanın işi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

AZXEBER.COM bildirir ki, Open.az-ın əldə etdiyi məlumata görə, iş üzrə zərərçəkmiş kimi tanınan Sona Əhəd qızı Kərimova bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəza alıb.

Belə ki, Sona Kərimova oğurluqda təqsirləndirilərək 2700 manat cərimə cəzasına məhkum edilib.

Belə ki, o, tamah məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxslə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqda təqsirləndirilib.

İstintaqla müəyyən edilib ki, Sona Kərimova 2014-cü ildə tanışları Fərid Azayev, onun qardaşı Faiq Azayev və istintaqa məlum olmayan daha bir nəfərlə birgə dayısının Xətai rayonu, Y.Səfərov küçəsi, ev 11, mənzil 10 ünvanında yaşadığı evinin qarşısında yerləşən qarajından əvvəllər tanımadığı Kərimov Pərviz Məhərrəm oğluna məxsus 1 ədəd 7700 manat dəyərində olan "Yamaha 1300” modelli skuteri (hidroskl) oğurlayıb.

Maraqlı fakt ondan ibarətdir ki, Sona Kərimova birgə cinayəti törətdiyi Azayevlər qardaşı şou-biznes aləminə yaxın olub. Bununla yanaşı Fərid Azayev Təranə Səmədovanın sevgilisi olub. Faiq Azayev isə müğənni Rəqsanənin keçmiş sevgilisidir.

Bir müddət əvvəl Təranə Səmədova verilişlərin birində Fərid Azayevlə bağlı danışıb. Prodüser aparıcının ona ünvanladığı "Həyatda ən çox kimi incitmisiniz” sualına cavab verərkən ağlayıb:

"Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Bu günə qədər də ondan sonra xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. 3 illik münasibətim oldu həmin insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı, bəlkə də indiyədək bir yerdə ola bilərdik. Bu münasibətin baş tutmasını istəməyən insanların "prinsipinə” görə uzandı. Rəqsanə, qızı, ailəsi çox cəhd göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən onu dünyalar qədər istəmişəm. 3-cü il isə qardaşı məni o qədər şeylərə peşman edirdi ki... Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim, siz sevinin ki, arxanızda atanız var. Dedim, get özünə karyera qur və qardaşından uzaqlaş. Onu hədsiz çox incitdim. Onun həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası.

Mən ondan halallıq verməsini istərdim. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən il yarım sonra həbs olundu. Gedib ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, məni görən kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə? Dedim, vicdanım əl vermədi. Dedi, indiyə qədər vicdanın harada idi?". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
18:25 17.03.2025
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
18:18 17.03.2025
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
18:14 17.03.2025
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib