Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşdü
Bütün Xəbərlər
20:27 10.10.2012
1038
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 10-da BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Fikrət Akçura ilə görüşüb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazir FHN və BMT-nin aidiyyəti strukturları arasında ikitərəfli əlaqələrin səviyyəsindən danışıb, davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.Öz növbəsində, qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.Görüşdə FHN-lə BMT İP arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunub.Sona nazir F. Akçuranın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar gələcək işlərində uğurlar arzulayıb.