Kəmaləddin Heydərov: "Ehtiyacı olan hamıya yardım veriləcək"

Kəmaləddin Heydərov: "Ehtiyacı olan hamıya yardım veriləcək"
Bütün Xəbərlər
16:44 30.06.2012
1812
Ölkənin selə məruz qalan bölgələrin sakinlərinə dəyən maddi ziyanın ödənilməsilə bağlı məsələyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov münasibət bildirib. Nazir Daşkəsən rayon föqvəladə hallar komissiyasının sədrinin təbii fəlakətlərdən icbari sığorta olunmayan evlərə kompensasiya verilməyəcəyi barədə dediklərini dəqiqləşdirib. “Bu onun fikridir. Bizim əməkdaşlar araşdırandan sonra baxacağıq ki, insanlara hansı səviyyədə zərər dəyib. Ölkə başçısının səyi nəticəsində 2010-cu ildə baş verən sel-suları və bu il baş verən zəlzələ ilə bağlı heç bir vətəndaşımız dövlət tərəfindən yardımdan kənarda qalmamışdır. Əgər orada doğurdan da ciddi bir zərər varsa, bu məslələrə baxılacaq. Hansı ki, bizim komissiyalarımızın araşdırmalarından sonra yardıma ehtiyac varsa, hamıya yardım veriləcək. Heç kim kənarda qalmayacaq. Nə Daşkəsəndə, nə də başqa yerdə”, - deyə Kəmaləddin Heydərov bildirib. Xatırladaq ki, ötən gün günorta saatlarından etibarən Daşkəsən ərazisinə yağan güclü leysan selə səbəb olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sel nəticəsində bəzi kəndarası yollarda hərəkət çətinləşib. Rayon Fövəladə Hallar Komissiyasından verilən məlumata görə, yolla təmizlənməsinə başlanıb.
OXŞAR XƏBƏRLƏR