Oktyabrın 18-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fransanın Azərbaycana yeni təyin oluna fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən danışıb. O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən danışaraq nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdiyi avadanlıqların mühüm rol oynadığını qeyd edib. Nazir, həmçinin, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.Görüşdə nazir Kəmaləddin Heydərov səfirə fəaliyyətində uğurlar arzulayıb, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirilib.Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və Fransanın ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.