Kəmaləddin Heydərov: ‘Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub’

Kəmaləddin Heydərov: ‘Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub’
Bütün Xəbərlər
12:35 20.01.2013
1361

“Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir. 37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir”. APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. Evlərin tikintisinin də davam etdirildiyini bildirən nazir Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəydiyini qeyd edib: “İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini davam etdirir. Yeni tikiləcək təxminən 1500-dək ev qış olduğuna görə may ayına qədər təhvil veriləcək”. K. Heydərov onu da bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir: “Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdu”.

OXŞAR XƏBƏRLƏR