Kəmaləddin Heydərov: 'Kür çayında naviqasiya bərpa olunacaq’

Kəmaləddin Heydərov:
Bütün Xəbərlər
00:40 13.04.2012
1237

"Biz Neftçala rayonuna Kür çayı boyunca dib-dərinləşdirən və sahil bərkidən gəmilər gətirmişik"

“Biz Neftçala rayonuna Kür çayı boyunca dib- dərinləşdirən və sahil bərkidən gəmilər gətirmişik. Bu texnika üçün əsas baza Neftçala rayonunun ikinci Qaralar kəndi ərazisində tikilir”. Bunu Neftçalada Kür boyunca dib-dərinləşdirmə işlərinin təşkili üçün bazanın tikinti işləri ilə tanış olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, bazadakı texnika çay boyunca dib dərinləşdirən, lil sovuran gəmilərdir: “Sovrulan lil üzən kompozit borular vasitəsilə kənara daşınacaq. Hələlik 3 gəmidən biri Kür çayının deltasındadır, ikisi isə əsas bazaya gətirilib. Kürün deltası uzun illər ərzində lillə tutulub. Biz deltanı 15 metr genişləndirəndən sonra bu gəmiləri gətirə bildik”. Nazir deyib ki, uzun illər ərzində Kürün deltasında yığılmış lil qatı eni 100 metrə qədər olan süni adacıq yaradıb: “Biz bu lil toplantısını da təmizləmək qərarına gəldik. Çünki bundan sonra çayda gəmilərin hərəkəti mümkün olacaq. Eyni zamanda Kür çayında lil toplanmayacaq və yığıntılar birbaşa dənizə axacaq. Çayda aparılan dib dərinləşdirmə və sahil bərkitmə işləri nəticəsində Kürün daşmasının, qrunt sularının əhalinin evlərinə ziyan vurmasının qarşısı alınacaq. Əsas məsələ isə odur ki, çayda keçmişdəki naviqasiya bərpa olunacaq”. K. Heydərov deyib ki, nazirlik Hollandiyanın "Royal Haskoning" və Deltares” şirkəti ilə əməkdaşlıq edir: “Onlar Kürün Mingəçevirdən deltasına qədər olan hissəsində təhlillər aparıblar. Bu təhlillərin nəticəsində lazımi texnika alınıb. Burda daimi iş aparılacaq”. Nazir bildirib ki, Sabirabad, Salyan və Neftçala ərazilərində hazırda çökdürmə hovuzları olan yardımçı bazalar da tikilir: “Bu gündən çayın deltasında işlərə başlanılıb”. Lilin təmizlənməsi həm də balıqların çayda kürü tökməsinə imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır