27-29 yanvar 2012-ci il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında rəsmi səfərdə olub.
AZXEBER.COM nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Tatarıstan Respublikasının Prezidenti cənab Rustam Minnixanovla, Baş nazir İldar Xalikov, fövqəladə hallar naziri Rafis Xabibullin və digər vəzifəli şəxslərlə görüşüb.
Qeyd olunan gorüşlərdə hər iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən razılıq ifadə edilmiş və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Səfər çərçivəsində, habelə Tatarıstan Respublikasının bir sıra müəssisələrinə, o cümlədən Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlara baş çəkilmiş, onların fəaliyyəti ilə yaxından tanışlıq olub.