Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
SOSİAL
19:16 31.10.2026
259
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub.

Sumqayıt Regional Mərkəzinin boş qalan rəis vəzifəsinə isə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev təyin edilib.

Vüqar Ağayev artıq Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində yeni vəzifəsinin icrasına başlayıb.
 

OXŞAR XƏBƏRLƏR