‘Kəmaləddin Heydərovun mahnısı ilin 365 günündə səslənməlidir’ - ÖZƏL AÇIQLAMA

‘Kəmaləddin Heydərovun mahnısı ilin 365 günündə səslənməlidir’ -  ÖZƏL AÇIQLAMA
Bütün Xəbərlər
15:57 17.06.2014
2115

Biz Ulu Öndər Heydər Əliyevi hər gün xatırlayırıq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar incəsənət xadimi, "Xalq Heydər deyir" mahnısının müəllifi, şair Baba Vəziroğlu söyləyib. O, deputat Etibar Hüseynovun sözügedən mahnının "Qurtuluş Günü"nün himni olması ilə bağlı təklifinə münasibət bildirərkən belə deyib:

“Bu mahnını biz Ulu Öndər Heydər Əliyev həyatda olarkən ərsəyə gətirmişdik. Düşünürəm ki, mahnı təkcə bir gün- "Qurtuluş Günü"ndə deyil, ilin 365 günündə səslənməlidir. Çünki biz Heydər Əliyevi hər gün xatırlayırıq. Onun müdrikliyini, xalqa olan sevgisini, Azərbaycan insanına verdiyi misilsiz dəyəri biz hər gün xatırlayırıq. Deputatın təklifinə gəldikdə isə onu deyə bilərəm ki, hər kəsin ilk növbədə fikrinə hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, o da bu təklifi irəli sürərkən öz düşüncələrini ifadə edib. Mahnının "Qurtuluş Günü"nün himni olması təklifi xalqımızın iradəsindən asılıdır”.

Qeyd edək ki, "Xalq Heydər deyir" mahnısının musiqisi fövləqadə hallar nazir, bəstəkar Kamaləddin Heydərova məxsusdur.

OXŞAR XƏBƏRLƏR