“Səhiyyə Nazirliyinə minnətdaram, nəzarətdə saxlayırlar” AZXEBER.COMmusavat.com-a istinadən xəbər verir ki, Yazar-jurnalist Kənan Hacıdan xəbər var. Hepatit C virusuna yoluxmuş şairlə müayinədən keçməsi ilə bağlı əlaqə yaradıb, analizlərin cavabı ilə maraqlandıq. Jurnalist nəticələri almağa həyat yoldaşı ilə birlikdə gedib. K.Hacı deyir:“Müayinədən keçirdilər və dedilər ki, ciddi müalicə almalısan yoxsa xəstəlik serroza çevrilə bilər. Ürəyimdə ciddi problemlər var . Qara ciyərim böyüyüb, amma hələ zədələnməyib. Xəstəxanada yatmalı olduğumu bildirdilər, dedilər, göndəriş gətirin, sizi xəstəxanaya yatıraq .” Yazarın sözlərinə görə, müalicəsi bazar ertəsindən başlayacaq. “Məndən müayinə üçün heç bir məbləğ almadılar. Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsi müdirinin müavini Yusif Babayevə xüsusi təşəkkür edirəm . Prosesə o nəzarət edir. Xəstəxananın baş həkim müavini Qətibə xanıma da təşəkkür edirəm ki, mənim tam müayinələrdən keçməyim üçün göstərişlər verdi”.