Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib

Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
SOSİAL
15:01 23.10.2026
167
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 21–22 oktyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib.

AZXEBER.COM xəbər verir ki, nazir müavini sammit çərçivəsində "Keyfiyyətli və ömürboyu öyrənmənin təməli kimi erkən təhsilə investisiya” və "Süni intellektə hazırlıqdan məsuliyyətli tətbiqə” mövzularına həsr olunmuş sessiyalarda məruzə ilə çıxış edərək müvafiq mövzular üzrə panel müzakirələrinə qoşulub.

Erkən təhsilə həsr olunmuş sessiyada Kənan Kərimzadə Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini valideyn-dövlət-özəl sektor arasında əməkdaşlığa əsaslanan model çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsini bölüşüb. O, erkən təhsilə investisiyanın insan kapitalının inkişafı, uşaqların potensialının erkən yaşlardan dəstəklənməsi və onlar üçün bərabər imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

Süni intellektin təhsildə tətbiqinə həsr olunan müzakirələrdə Azərbaycanın rəqəmsal təhsil sahəsində təcrübəsini təqdim edən nazir müavini Kənan Kərimzadə süni intellekt texnologiyalarından səmərəli və məsuliyyətli istifadənin təmin olunması üçün rəqəmsal infrastrukturun gücləndirilməsinin, müəllimlərin müvafiq bacarıqlarının inkişaf etdirilməsinin və effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd edib. Eyni zamanda uşaqların fərdi məlumatlarının qorunmasının və süni intellekt texnologiyalarının təlim nəticələrinə təsirinin qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Sammit çərçivəsində nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Özbəkistan Respublikası Baş nazirinin birinci müavini, təhsil və elm naziri Erkinjon Turdimov, Qırğız Respublikasının maarif naziri Dögdürkül Kəndirbayeva, eləcə də Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva ilə görüşüb.

Görüşlərdə Azərbaycan, Özbəkistan və Qırğızıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO