Kənan M.M: "Tamaşaçıları təbrik edirəm onlar məni sındırdı" - AÇIQLAMA

Kənan M.M: "Tamaşaçıları təbrik edirəm onlar məni sındırdı" - AÇIQLAMA
MAQAZİN
13:57 07.06.2017
1556
Rejissor Kənan Mahmudov aktrisa Tunay Əliyevanın onun ünvanına dediyi sözlərə cavab verib.
 
Rejissor AZXEBER.COM-a açıqlamasında Tunayın dediklərini o qədər önəm vermədiyini bildirib. "Allah ona hidayət eləyib, canın sağ eləsin. Bəzi insanlara cavab verməmək lazımdır. Həyatımızda elə insanlar var ki, onlarla mübarizə apara bilmərik. Onlarla mübarizə aparmaq üçün biz onlar kimi olmalıyıq. Biz onlar kimi deyiliksə, demək bir addım öndəyik. O qıza da cavab vermək istəmirəm”
 
Rejissor yeni işlərindən də bəhs edib. O yeni filmləri ilə bağlı iddialı danışıb. "Yeni filmimiz sənət əsəri deyil. Kassalar üçün çəkilib. Tamaşaçılar baxıb güləcəklər. Çox təssüf ki, mən belə film çəkdim. Tamaşaçıları təbrik edirəm onlar məni sındırdı. "Gecə qonağı 2” isə indiyə kimi çəkdiyim filmlərin şah damarıdır. Elə bir filmdir ki, xaricdə göstərə bilərik".
 
Qeyd edək ki, aktrisa Tunay Əliyevan rejisor üçün bunları demişdir. "Kənan sənə ayıb olsun. Pərvin kimi bacın var. Bakı balaca şəhərdir. Özünə bacı seçəndə araşdırardın, sonra. Sən "1000 manatın” qardaşısan.”
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR