Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı

İQTİSADİYYAT
20:33 23.05.2020
843
Baş nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 26.11.2020

Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

23:26 25.11.2020

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - AÇIQLAMA

23:07 25.11.2020

Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir

22:45 25.11.2020

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

22:41 25.11.2020

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”

22:37 25.11.2020

Pele Maradonanın ölümünə üzüldü: “Onunla göylərdə yenidən futbol oynayacağıq”

22:20 25.11.2020

Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

22:12 25.11.2020

“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”

22:09 25.11.2020

Fransa Senatı Dağlıq Qarabağdakı separatçı qondarma qurumun tanınması ilə bağlı qətnamə qəbul etdi - VİDEO

21:49 25.11.2020

İranın XİN başçısı Ceyhun Bayramovu təbrik edib

20:57 25.11.2020

Maradonanın ölümünə görə 3 günlük matəm elan edildi

20:50 25.11.2020

Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO

20:33 25.11.2020

Əfsanəvi futbolçu Dieqo Maradona vəfat etdi

20:27 25.11.2020

Valentina Matviyenko: "Qarabağda atəşkəsi qorumaq zəruridir"

19:47 25.11.2020

Azərbaycanın siyasi partiyaları Fransa Senatının addımına sərt etiraz etdilər

19:45 25.11.2020

Ermənistanın sabiq baş naziri: “Bu, məğlubiyyət deyil, bu darmadağındır”