Kəsdiyi ağacın altında can verdi

Kəsdiyi ağacın altında can verdi
Bütün Xəbərlər
15:37 23.10.2014
891

55 yaşlı kişi meşədə kəsdiyi ağacın üstünə düşməsi nəticəsində ölüb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Zonquldak rayonunda baş verib.Məlumata görə, dünən axşam radələrində Alaplı qəsəbəsinin Aşağıdağ kəndində dostları ilə meşəyə ağac kəsməyə gedən 55 yaşlı Səadət Sevim faciəli şəkildə ölüb. S.Sevim kəsdiyi ağacın üzərinə düşməsi nəticəsində başından ağır xəsarət alıb.Yaralı qısa zamanda xəstəxanaya çatdırılıb. Lajkin bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR