Xətai rayonu, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun tikinti, bərpa və yenidənqurma işləri təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq İri Şəhərlərin Su Təchizatı tərəfindən intensiv şəkildə davam etdirilir.
AZXEBER.COM xəbər verir ki, plan üzrə görülən işlər artıq yekunlaşmaq üzrədir.
Məqsəd mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması, ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.

















































