""Keşlə"ni aparıb Şamaxıda oynatmaqla Azərbaycan futbolu inkişaf etməyəcək" - Deputat

""Keşlə"ni aparıb Şamaxıda oynatmaqla Azərbaycan futbolu inkişaf etməyəcək" - Deputat
ÖZƏL
14:45 12.11.2021
1103
Xəbər verdiyimiz kimi, Azərbaycan yığma komandası futbol üzrə dünya çempionatının seçmə mərhələsini 1 xalla bitirib. Milli komandamız bu nəticəylə öz anti-rekordunu təkrarlayıb. 

Böyük ümidlər bəslənən Azərbaycan millisinin biabırçı çıxışı sosial şəbəkələrdə də böyük etirazla qarşılanıb. 

Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a deyib ki, regionlarda futbol olmadığı müddətdə inkişaf da olmayacaq: 
 
"Lüksenburq Avropa ölkəsidir və orada futbol inkişaf edib. Bizə gəldikdə isə, nə qədər ki regionlarda futbol yoxdur, Azərbaycanda heç vaxt futbol olmayacaq. "Keşlə"ni aparıb Şamaxıda oynatmaqla Azərbaycan futbolu inkişaf etməyəcək. Şamaxının özündə komanda yaratmaq lazımdı. Azərbaycanda hər zaman ən yaxşı oyunçular Tovuz, Gəncə, Şəmkir, Mingəçevir, Quba, Lənkəran və digər regionlardan çıxıb. Əgər regionlarda futbol yoxdursa hansı futboldan danışmaq olar?. Əgər Tovuzun "Turanı", Lənkəranın "Xəzər"i yoxdursa, hansı futboldan danışa bilərsiniz? Oyunun keyfiyyəti öklənin balaca olması ilə ölçülmür. O zaman Çin gərək hər il dünya çempionu olsun".

Millini idarə edən xarici mütəxəssislərdən də danışan millət vəkili yerli mütəxəssilərin millliyə cəlb edilməsinin vacibliyini bir daha qeyd edib: "De Byazini mətbuat konfransında da bildirdi ki getmək fikri yoxdur. Bizə Azərbaycan xalqını tanıyan, yerli futbolu bilən adam lazımdı. O mütəxəssis də Azərbaycanda var - Arif Əsədov, Rəşad Sadıqov, Yunis Hüseynov kimi futbol məşqçiləri var. Qurban Qurbanovun adını çəkmirəm, tərəfkeşlik edir deyərlər. Ancaq yuxarıda sadaladığım mütəxəssislər var ki, onların milliyə gətiriməsi vacib şərtlərdəndir".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı