Kevin Hamilton Azərbaycana səfər edəcək

Kevin Hamilton Azərbaycana səfər edəcək
SİYASƏT
21:35 08.05.2026
237
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a NATO-nun rəsmi nümayəndəsi məlumat verib.
Hazırda Hamilton vəzifəsinin icrasına başladıqdan sonra regiona planlaşdırılan ikinci səfəri çərçivəsində Gürcüstandadır. O, bundan əvvəl - aprel ayında Ermənistanda səfərdə olub.

NATO-dan bildirilib ki, Hamiltonun fəaliyyəti alyansın "strateji əhəmiyyətli region" adlandırdığı Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
OXŞAR XƏBƏRLƏR