KFC-də yemək yeyənlərə bəd xəbər - ARAŞDIRMA

KFC-də yemək yeyənlərə bəd xəbər - ARAŞDIRMA
Bütün Xəbərlər
15:56 25.07.2013
9920

Dünyada geniş kütləni özünə cəlb etmiş KFC restoranlarının içkilərə qatdığı buzun sağlamlığa ziyan olduğu müəyyən edilib.

AZXEBER.COM-un məlumatına görə, çinli alimlər apardığı araşdırmalardan sonra bu nəticəyə gəlib. (Xəbərin linki: haber365.com)

Onlar KFC-lərdə istifadə edilən buzların tualet suyundan daha çirkli olduğunu iddia edir. Dünyanın istənilən ölkəsində, həmçinin Azərbaycanda yerləşən KFC-lərdə də eyni sistemin tətbiq edildiyi şübhəsizdir.

İddiaya görə KFC-də içkilərə atılan buzlar heç bir labaratoriyadan keçirilmədən müştərilərin istifadəsinə verilir. Bu buzlar içmək üçün nəzərdə tutulan sulardan 19 dəfə çirklidir. Aparılan araşdırmaların sonunda bu buzların tualet suyundan 12, içilən sulardan isə 19 dəfə çirkli olduğu bildirilib. Avropada fəaliyyət göstərən KFC-lərin nəzarətçiləri faktla bağlı məyus olduqlarını, bu məsələyə nəzarətin güclənəcəyini bildiriblər.

Sirr deyil ki, sərinləmək üçün sifariş verilən içkilərin buzlu olması vacib hesab edilir. Buzlar daha tez mikrob götürdüyündən, bu cür içkilər əsl təhlükə mənbəyi kimi qəbul edilir. Analizlər göstərir ki, hər üç müəssisədən birində müştərilərə çirkli buz verilir. Britaniyanın Sağlamlığın Mühafizəsi Agentliyinin əməkdaşları buzlarla bağlı geniş araşdırma aparıblar. Aparılan araşdırmalarda göstərilir ki, buz nümunələrinin əksəriyyətində tualetə getdikdən sonra ələ düşən bakteriyalar mövcuddur. Bu da bəzi KFC-lərdə gigiyena qaydalarına riayət olunmadığından xəbər verir. Buzlara mikrob düşməsinin əsas səbəbi buz hazırlanmasında iştirak edən işçilərin gigiyena qaydalarına riayət etməməsidir. Yalnız xüsusi paketlərdə əldə olunan buzlarda mikrob olmur. Təbii ki, bu buzların da içkiyə nə cür, hansı vasitə ilə əlavə olunması xüsusi şərt tələb edir.

Bəs görəsən ölkəmizdə fəaliyyət göstərən KFC-lərdə vəziyyət necədir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun münasibətini öyrəndik. E. Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirdi ki, hazırda ölkədə bu sistemə heç bir nəzarət yoxdur. Buzların istifadəsi istehsalçıların öz vicdanına məxsusdur: “Əlbəttə buzların hazırlanmasında xüsusi qaydalara, standartlara riayət etmək mütləqdir. Onları harada gəldi, necə gəldi hazırlamaq olmaz. Bəzi müəssələrdə sadə yolla buz dolabında buzlar hazırlanır. Buzlara qarşı diqqətsizlik müştərilərin zərər çəkməsi ilə nəticələnə bilər. İstehlakçılar bu mövzularda özlərinə qarşı diqqətli olmalıdırlar. Təəssüf olsun ki, ölkədə içkilərə hazır, yoxsa paket buzların atıldığına heç bir qurum nəzarət etmir. Onlardan hər hansı bir laboratorial nümunələrin götürüldüyü qeydə alınmayıb. Bu mövzuda hər hansı qanun tətbiq etmək çətindir. Bu artıq istelahçıların öz vicdanından asılıdır”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR