"Köhnə yaraların açılması dövründəyik"- Astroloqdan AÇIQLAMA

"Köhnə yaraların açılması dövründəyik"- Astroloqdan AÇIQLAMA
MARAQLI
11:13 11.03.2025
231
"Merkuri və Venera retrosu birlikdə hərəkət edəcək".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımında bildirib:
 
" Bu dövrdə köhnə sevgilər, yarımçıq qalmış keçmiş əlaqələr və ya əvvəllər anlaya bilmədiyiniz hisslər yenidən gündəmə gələ bilər.

"Nə oldu ki, belə bitdi?" kimi sorğulamadığınız şeyləri sorğulamağa başlayacaqsınız. Hətta bir səhər yuxudan oyanıb illərdir danışmadığınız bir keçmişi təqib etdiyinizin fərqinə vara bilərsiniz.
 
"Köhnə yaraların açılması” dövründəyik.
Keçmişlər qayıdırlar, amma həqiqətən geri qayıdırlar, yoxsa sadəcə nostalji olurlar? Bu suala cavab tapmaq çətin ola bilər.
 
Keçmişdə yarımçıq qalan söhbətləriniz varsa, bu dövr onları tamamlamaq üçün əla fürsətdir. Ancaq unutmayın ki, bu geriləmə dövründə dedikləriniz tam olaraq istədiyiniz effekti verə bilməz.

"Gəlin danışaq" deyə bir mesaj göndərə və özünüzü saatlarla davam edən duyğular burulğanında tapa bilərsiniz. Beləliklə, köhnə problemi həll etmək istəyirsinizsə, diqqətli addımlar atmalısınız".
 
Oksana

OXŞAR XƏBƏRLƏR