Sən ey ellərin qadını,
Sən ey millətin qadını,
Özün tərk et bu məkanı
Sən ey çöllərin qadını.
Canına da qəsd eylədin,
Niyə axı sən ölmədin?
Min cür evə girə bildin,
Bir ürəyə girənmədin.
Qalmayıbdı sənin gücün
Yazıq gün də yaşayırsan.
Acından ölməmək üçün
Pula cismini satırsan.
Hər gün başqa sifətlərlə
Yuxudan sən oyanırsan.
Atan yaşda kişilərlə
Çarpayıya uzanırsan.
Səhər oyanıb gedirsən,
Evə girib ağlayırsan.
Xilas et məni deyirsən,
Allaha sən yalvarırsan.
Gündüzlər rahat olursan,
Sakit evdə oturursan.
Axşam oldu soyunursan,
Küçələrdə dolanırsan.
Hər zaman da üzün gülür,
Sanki xoşbəxt bir insansan.
Ötüb keçən səni söyür,
Düşünməyir sən insansan.
Baxan deyir bu fahişədi,
Yalan, maska üzündədi.
Demir niyə bu fahişədi?
Demir niyə bu gündədi?
Düşünürlər kefindəndi,
Bütün günü yolda durmaq.
Bilmirlər ki arzun idi,
Bir oğlanla ailə qurmaq.
İstəyirdin hər qız kimi,
Ana olmaq xoşbəxt olmaq.
Neyləyəsən bəxtin imiş
Sənə qaldı saçın yolmaq.
Ay balaca dərdli qadın
Dərman yoxdur dərdlərinə.
Kimə desən xeyri yoxdu,
Qulaq asmaz sözlərinə.
Gözəlliyin bir gün ölər,
Səni istəyən azalar.
İldən ilə qiymət düşər,
Yenə müştərin tapılar.
Biri gəlib ayaq saxla
Deyib girər sol qoluna.
Çirkin insan çirkli pulla
Alar səni öz qoynuna.
Alan alır satan satır,
Gözlərinə gözlər baxmır.
Hər kəs sənə bir söz atır,
O gözlərdən yaşlar axır.
Çox ağlama canım gözüm,
Günah sənin anandadı.
Günah səndə deyil gülüm,
Səni atan atandadı.
14 oktyabr 2010 Elmir Murquzov